...

ADP, Liberal və Müsavat partiyalarının Kürdəmir rayon təşkilatları istefa verdiklərini bəyan ediblər

Siyasət Materials 17 Avqust 2006 13:41 (UTC +04:00)

Müsavat, Liberal və Azərbaycan Demokrat Partiyalarının Kürdəmir rayon təşkilatlarının üzvləri təmsil olunduqları partiyaların sıralarını tərk etdiklərinə dair bəyanat veriblər. Bu barədə Trend ə "Azərbaycan yolu" siyasi hərəkatından məlumat daxil olub.

Bəyanatda bildirilir ki, Kürdəmir rayon təşkilatlarından ADP-nin 22 nəfər üzvü, Liberal Partiyasının 25 üzvü, Müsavat Partiyasının 21 üzvü partiya sıralarından istefa verərək "Azərbaycan yolu" siyasi hərəkatına qoşulduqlarını elan ediblər.

Adları çəkilən partiyalardan bildiriblər ki, bölgə təşkilatlarının istefası barədə yayılmış məlumat həqiqətə uyğun deyil. Belə ki, bu partiyaların sıralarını tərk etmək üçün mərkəzi qərargaha heç kimin ərizəsi daxil omayıb. ADP-nin Kürdəmir rayon təşkilatının Məclis sədri Rauf Cəfərov bildirib ki, həmin bəyanatı verən şəxsləri tanımır. ADP-nin təşkilati məsələlər üzrə sədr müavini Həsrət Rüstəmov da deyib ki, partiya sıralarında bəyanatda adları çəkilən adamlar yoxdur. Onun sözlərinə görə, "Azərbaycan yolu" siyasi hərəkatının nümayəndələri ADP-nin bir neçə rayon təşkilatlarına müraciət edərək üzvlərin bu təşkilata qoşulmasını təklif ediblər. H.Rüstəmovun sözlərinə görə, bunun müqabilində partiya üzvlərinə pul təklif edirlər.

Müsavat Partiyası Kürdəmir rayon təşkilatının sədri B.Mikayılov da sözügedən məlumatı təkzib edərək adları çəkilən şəxslərin heç birinin bu partiyanın üzvü olmadığını deyib. Onun sözlərinə görə, adları çəkilənlərdən yalnız bir nəfəri 6 il əvvəl fəaliyyətindəki ciddi nöqsanlara görə partiya sıralarından xaric edilib.

Xəbər lenti

Xəbər lenti