...

Sərhəd Qoşunlarının 87-ci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətində təntənəli mərasim keçirilib

Siyasət Materials 18 Avqust 2006 11:52 (UTC +04:00)
Sərhəd Qoşunlarının 87-ci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətində təntənəli mərasim keçirilib

Avqustun 18-də Sərhəd Qoşunlarının 87-ci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətində təntənəli mərasim keçirilib.

Trend in xəbərinə görə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev başda olmaqla, DSX-nin Mərkəzi Aparatının əməkdaşları ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra DSX-nin Mərkəzi aparatında Milli Təhlükəsizlik Nazirliyinin H. Əliyev adına Akademiyasının Sərhəd Qoşunları Fakultəsinin 61 zabit - leytenantdan ibarət ilk məzumlarının and içmə mərasimi keçirilib. Mərasimdə həmçinin prezidentin fərmanına əsasən fərdi qulluqçular orden və medallarla təltif olunub.

Elçin Quliev bildirib ki, prezident İ. Əliyevin qəbul etdiyi qərarla sərhəd mühafizəsində islahatların genişləndirilməsi üçün mühüm addımlar atılıb. Qısa müddət ərzində Sərhəd məntəqələri ən son avadanlıqlarla təchiz olunub. E. Quliyev son illər ərzində sərhədçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məsələsinə də toxunub. Tədbir çərçivəsində DSX Mərkəzi aparatında yeni yaradılmış H. Əliyev Elmi - Araşdırmalar Mərkəzinin açılış mərasimi olub.

Mərasimdə Daxili İşlər Naziri Ramil Usubov, Fövqəlada Hallar Naziri Kəmaləddin Heydərov, Təhsil naziri Misir Mərdanov, Hərbi prokuror Xanlar Vəliyev, Müdafiə Nazirliyinin gərargah rəisi Nəcməddin Sadıxov, MTN-nin H. Əliyev adına Akademiyasının rektoru Ziya Yusifzadə və digər rəsmi şəxslər iştirak edib.

Xəbər lenti

Xəbər lenti