...

Azərbaycan və İordaniya XİN başçıları əməkdaqlığa dair saziş imzalayacaq

Siyasət Materials 22 Avqust 2006 13:36 (UTC +04:00)
Azərbaycan və İordaniya XİN başçıları əməkdaqlığa dair saziş imzalayacaq

İordaniya kralı II Abdullanın Azərbaycana rəsmi səfəri zamanı hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanacaq. Bu barədə Trend ə eksklüziv olaraq İordaniya XİN-in mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, tərəflər arasında siyasi-iqtisadi əməkdaşlığın inkişafını əhatə edən və ikitərəfli danışıqların yekunları üzrə imzalanacaq sənədlər paketi hazırlanıb.

İordaniya kralının səfər proqramında Azərbaycan prezidenti ilə təkbətək görüş və geniş tərkibdə danışıqların aparılması nəzərdə tutulur. Danışıqlar zamanı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq. Səfər proqramına, həmçinin, Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını ziyarət, H.Əliyev Fonduna baş çəkmək, prezident adından qəbul, dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanması mərasimi və onların birgə brifinqi də daxildir.

Xəbər lenti

Xəbər lenti