...

Zurab Noqaideli: ABŞ Xəzərin enerji sektoru ilə əməkdaşlığı möhkəmləndirmək üçün yeni energetika qanunvericiliyi üzərində işləyir

Siyasət Materials 22 Avqust 2006 16:06 (UTC +04:00)
Zurab Noqaideli: ABŞ Xəzərin enerji sektoru ilə əməkdaşlığı möhkəmləndirmək üçün yeni energetika qanunvericiliyi üzərində işləyir

ABŞ Konqresi Vaşinqtonun Xəzərin enerji sektoru ilə əməkdaşlığının möhkəmlənməsinə imkan verən yeni enerji qanunvericiliyi üzərində işləyir. Trend in Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, bu barədə avqustun 22-də ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri Riçard Luqarla birgə keçirdiyi brifinqdə Gürcüstanın baş naziri Zurab Noqaideli məlumat verib.

Onun sözlərinə görə, "bu, regiona enerji təhlükəsizliyi əldə etməkdə kömək edəcək".

Riçard Luqar bəyan edib ki, ABŞ üçün enerji təhlükəsizliyi dövlətin əsas prioritetlərindən biridir. O vurğulayıb ki, Tiflisə Bakıdan gəlib və Azərbaycan rəhbərliyi ilə qazın Cənubi Qafzaq qaz kəməri ilə ixracı perspektivləri müzakirə olunub.

"Gürcüstan bu qaz kəməri ilə müəyyən həcmdə qaz alacaq. Gələcəkdə isə bu həcm artacaq", - deyə senator bəyan edib. O, birinci mərhələdə Gürcüstanın Rusiyadan qaz tədarükündən asılı ola biləcəyini istisna etməyib.

"Gürcüstan və ABŞ energetika sahəsində sıx əməkdaşlıq edəcək", - deyə senator vurğulayıb.

Xəbər lenti

Xəbər lenti