...

MQİBİ-nin 24 sabiq əməkdaşının məhkəməsi başlayıb

Siyasət Materials 23 Avqust 2006 16:21 (UTC +04:00)

Avqustun 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) 24 sabiq əməkdaşının məhkəməsi başlanıb. Trend in xəbərinə görə, məhkəmə iclasına hakim Eynulla Vəliyev sədrlik edir.

Məhkəmə qarşısında dayananlar arasında MQİBİ-nin keçmiş rəis müavini Gülməmməd Məmmədov, təchizat şöbəsinin keçmiş rəisi Cavanşir Cabbarov və digər vəzifəli şəxslər də var. Həmin şəxslərə qarşı vəzifədən sui-istifadə, mənimsəmə, talama, israfetmə əməlləri ilə bağlı ittihamlar irəli sürülüb. Məhkəmə iclası təqsirləndirilən şəxslərin ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti