...

Azərbaycan prezidentinin İslam Konfransı Təşkilatı Gənclər Forumu qərargahının açılış mərasimində iştirak edəcəyi gözlənilir

Siyasət Materials 28 Avqust 2006 13:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq naminə Gənclər Forumunun qərargahının açılış mərasimində iştirak edəcəyi gözlənilir. Bu barədə Türkiyənin baş nazirinin müşaviri, forumun sədri Əli Sarıqaya Trend ə eksklüziv olaraq bildirib.

Tədbirin proqramına əsasən, sentyabrın 3-də keçiriləcək mərasimdə İKT baş katibinin, İKT, BMT, Avropa Şurası, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ölkələrinin, həmçinin bir sıra ölkələrin və beynəlxalq təşkilatların hökümət nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Mərasimdən sonra Türkiyə höküməti adından iştirakçılara ziyafət veriləcək.

Mərasim zamanı forum rəhbərliyi və İslam Ticarət və Sənaye Palatasının prezidenti Şeyx Saleh Kamil, Avropa Şurasının Gənclər Direktorluğunun direktoru Ralf -rene Vaynqertner arasında əməkdaşlıq haqqında müqavilənin imzalanacağı planlaşdırılır. Bu mərasim çərçivəsində Forumun Avropa Şurası, BMT və İSESKO ilə birgə "Gənclər Sivilizasiya Alyansının tərəfdarıdır" Təşəbbüsünün təqdimatı keçiriləcək.

İslam Konfransının Dialoq və Əməkdaşlıq naminə Gənclər Forumu Azərbaycan gənclərinin təşəbbüsü və Azərbaycan hökümətinin dəstəyi ilə 2004-cü ilin dekabrında Bakıda təsis edilib. Forumda İKT-nin 35 ölkəsindən təxminən 40 qabaqcıl gənclər təşkilatı birləşib. İyirmi ildən sonra ilk dəfə İKT XİN-in 33-cü konfransında foruma filial şəklində birləşdirilmiş institut (affiliated institution) statusu verilib.

Xəbər lenti

Xəbər lenti