...

Rusiya və Belorusiya Müttəfiq dövlətinin İctimai birlikləri Koordinasiya şurasının sədri "Azərbaycanın əməkdar jurnalisti" adı ilə fəxr edir

Siyasət Materials 31 Avqust 2006 17:15 (UTC +04:00)

Rusiya və Belorusiya Müttəfiq dövlətinin İctimai birlikləri Koordinasiya şurasının sədri, Rusiya Yazıçılar İttifaqının üzvü Nikolay Kikeşev "Azərbaycanın əməkdar jurnalisti" adı ilə fəxr edir. Bu barədə o, Trend in Moskvadakı xüsusi müxbirinə bildirib.

"Həyatımın çox illəri Azərbaycanla bağlıdır. Mən Azərbaycan üzrə Zaqafqaziya hərbi dairəsi qəzetinin daimi müxbiri idim, mən özüm hərbi jurnalist, polkovnikəm, ona görə də, təbii ki, orada mənim çox işim var idi. Müxtəlif təlimlər olduğundan mən Azərbaycanda düzləri, dağları, dənizləri gəzib dolaşmışam. Və Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə mənim xidmətlərim qiymətləndirildi və mənə Azərbaycanın əməkdar jurnalisti adı verildi. Mən bununla fəxr edirəm və bu günə qədər hər yerdə bu barədə danışıram", - deyə o bildirib.

Onun sözlərinə görə, o, uzun illər Bakıda, Əhmədli qəsəbəsində yaşayıb və axşamlar Bakının son dərəcə gözəl mənzərəsindən ilham alıb. "Bu diyar, insanlar mənim xoşuma gəlir. Mən orada üç Şöhrət ordeni olan qəhrəman tapdım, ona görə də dostluğun möhkəmləndirilməsi üçün, vətənpərvər tərbiyə naminə mən çox səy göstərməli oldum. TV-də "Cənub sərhədlərinin keşiyində" proqramını aparırdım, bacardığım qədər orada xidmət edən əsgərlər barədə danışırdım", - deyə N.Kikeşev bildirib.

Xəbər lenti

Xəbər lenti