Müxalifətin boykotu Azərbaycanda bələdiyyə seçkilərinin gedişatına heç bir təsir göstərməyəcək. Bu barədə Trend ə Azərbaycan Prezidenti İcra Aparatı ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev bildirib.
O əlavə edib ki, müxalifətin bu cür bəyanatlar vermək üçün heç bir potensialı yoxdur. Hökümət nümayəndəsinin sözlərinə görə, müxalifətin seçkilərdə uğur qazanmaq şansı sıfıra bərabərdir.
"Müxalifət bu cür bəyanatlarla öz mövcudluğunu bir daha xatırlatmaq istəyir. Boykot etmək üçün onlar, ilk növbədə, sosial bazaya malik olmalıdır", - deyə N.İsayev hesab edir.