...

Britaniyanın BP şirkəti BP Azerbaijan şirkətinin rəhbərinin dəyişdiyini bildirib

Siyasət Materials 1 Sentyabr 2006 17:45 (UTC +04:00)
Britaniyanın BP şirkəti BP Azerbaijan şirkətinin rəhbərinin dəyişdiyini bildirib

Azərbaycanda böyük layihələrin operatoru BP şirkəti bildirib ki, 2006-cı il noyabrın 10-dan Bil Şrader (Bill Schrader) BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvordu əvəz edəcək. Trend xəbər verir ki, bu barədə BP Azerbaijan şirkətinin məlumatında qeyd olunub.

Bil Şrader BP şirkətinin layihələrində 26 illik təcrübəyə malikdir. O, ABŞ, Böyük Britaniya, İndoneziya və Anqolada çalışıb. O, BP Anqola şirkətinin baş icraçısı vəzifəsindən çıxdıqdan sonra BP Azerbaijan şirkətinə rəhbərlik edəcək.

"Mən BP Azerbaijan şirkətinə rəhbərlik etməyi özümə fəxr hesab edirəm və bunu səbirsizliklə gözləyirəm", - deyə Bil Şrader bildirib.

"Devid Vudvord və onun komandasının yaratdıqları çox böyük heyranlıq doğurur. Və mənim məqsədim bu uğuru irəli aparmaq, BP, tərəfdaşlar və Azərbaycan xalqı üçün dünya səviyyəli biznes yaratmağı davam etdirmək olacaq", - deyə o qeyd edib.

Bil Şrader Sinsinnati Universitetinin kimya mühəndisi dərəcəsinə malikdir. Üç uşaq atasıdır.

Devid Iudvord BP-nin Azərbaycandakı prezidenti vəzifəsində 1998-ci ilin dekabrından çalışır. Onun rəhbərliyi altında BP "Azəri-Çıraq-Günəşli" neft yatağının tammiqyaslı işlənməsini həyata keçirib, Bakı-Tbilisi-Ceyhan boru kəmərini inşa edib və tezliklə də "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin 1-ci mərhələsindən hasilata başlayacaq.

Xəbər lenti

Xəbər lenti