Müxalifətyönly Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin sentyabrın 4-də növbəti toplantısı keçirilib. Bu barədə Trend ə BAXCP-dən bildiriblər.
Toplantıda qərarların icra vəziyyəti, ictimai-siyasi durum və cari məsələlər müzakirə olunub. Hər zaman olduğu kimi Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlar əsas müzakirə mövzusu olub.
Xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı məsələ də müzakirə olunub. Qeyd olunub ki, xüsusilə Rusiyada yaşayan azərbaycanlılar müxtəlif vaxtlarda milliyyətçi qüvvələr və hüquq-mühafizə orqanları tərəfindən ciddi təzyiqlərə, repressiyalara məruz qalır. BAXCP İdarə Heyəti Rusiyada yaşayan azərbaycanlılara qarşı repressiyaları kəskin şəkildə pisləyir və hesab edir ki, rəsmi Kreml bu addımlara son qoymalıdır. Eyni zamanda beynəlxalq təşkilatlar Rusiyada yaşayan qeyri-rus millətlərinə yönələn təzyiqlərin qərşısının alınması üçün bu dövlətə qarşı konkret prinsipial mövqe nümayiş etdirməlidir.