Mərkəz ötən 15 ildə əhalinin məşğulluğu və işsizlərin sosial müdafiəsi sahəsində xeyli işlər görüb. 1996- 1997-ci illərdə BMT İnkişaf proqrammı və Beynəlxalq Əmək Təşkilatının köməkliyi ilə Salyan rayonunda əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə toxucu, qadın bərbəri və çörəkçi peşələri üzrə qısa müddətli kurslar təşkil edilib. Kursu bitirənlər işləmək üçün əmək alətləri - tikiş maşını və digər avadanlıqlarla təmin edilib ki, bu da onların sərbəst işləmələrinə kömək edib.
1999-cu ildən başlayaraq hər il keçirilən və artıq ənənəvi xarakter alan əmək yarmarkaları nəticəsində Salyanın 450 nəfərə yaxın sakini özünə münasib iş tapıb. 15 il ərzində mərkəzin göstərişi ilə 1900 nəfər işlə təmin olunub. 700-dən artıq mütəxəssisə isə işsizlik müavinəti təmin edilib.
Bu ilin 8 ayı ərzində 193 nəfər münasib işə göndərilib ki, bu da əvvəlki illərlə müqaisədə xeyli çoxdur. 8 ay ərzində 28 nəfərə işsizlik müavinəti təmin edilib.