...

İlham Əliyev: Azərbaycanın iqtisadi potensialı yeni layihələrin tə məlidir

Siyasət Materials 15 Sentyabr 2006 11:01 (UTC +04:00)

2007-ci ildə Azərbaycanın dövlət büdcəsi ən azı 50% artmalıdır. Yaxın vaxtlarda 2007-ci il üçün dövlət büdcəsi qəbul olunacaq, indi onun ilkin parametrləri müəyyənləşdirilir. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan prezidenti İlham Əliyev Zabrat qəsəbəsində 307 saylı yeni məktəbin açılış mərasimində icitmaiyyət qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, artan büdcə vəsaitlərinin hesabına yeni məktəblər tikiləcək, yollar çəkiləcək, infrastruktur inkişaf etdiriləcək.

"2008-ci ildə Bakının içməli su ilə təmin edilməsi üçün yeni su kəmərinin tikinti məsələsi tamamilə həll olunub. Bütün bu layihələrin təməli respublikanın iqtisadi potensialı və iqtisadi siyasətidir", - deyə o qeyd edib.

Dövlət başçısı bildirib ki, layihələrin həyata keçirilməsi ilə Azərbaycana böyük miqdarda valyuta axını olacaq.

"Biz bu vəsaitləri hara xərcləyəcəyimizi bilirik. Həmin vəsaitlər Azərbaycanın bütün sahələrinə, infrastruktur layihələrinə, elektrik stansiyalarının tikintisinə və b. işlərə sərf olunacaq. Bizim inkişafımız hərtərəflidir. Yalnız bu yolla ölkə inkişaf edə bilər və cəmiyyətdə bu məsələyə dair fikir ayrılığı yoxdur, çünki bu, yeganə doğru yoldur", - deyə preident bildirib.

Azərbaycan prezidenti bu gün həmçinin Zabrat qəsəbəsində müalicə-diaqnostika mərkəzi və Bakı şəhərinin Nərimanov rayonunda "Ankara" litseyi (keçmiş 77 saylı məktəb) ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti