Azərbaycan prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının dövlət başçısı Visente Foks Kesadanı və Meksika xalqını ölkənin milli bayramı - Müstəqilliyin elan olunması günü münasibətilə təbrik edib.
Trend in xəbər verdiyi kimi, prezident ümidvar olduğunu bildirib ki, Azərbaycan və Meksika arasında dostluq münasibətləri və əməkdaşlığın inkişafı hər iki ölkə xalqına fayda gətirəcək.
İlham Əliyev Meksika prezidentinə ən xoş arzularını, ölkə xalqına isə rifah və tərəqqi arzulayıb.