...

Azərbaycan bundan sonra da rus hərbi bazalarının çıxarılmasına dair sazişin yerinə yetirilməsi üzrə Gürcüstan və Rusiyaya yardım edəcək

Siyasət Materials 19 Sentyabr 2006 14:56 (UTC +04:00)

Sentyabrın 19-da Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi general-mayor Elbrus Orucov Gürcüstandan rus hərbi bazalarının çıxarılması üzrə öhdəliklərin Rusiya tərəfindən yerinə yetirilməsindən razılıq ifadə edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxovun Trend in Tiflisdəki xüsusi müxbirinə verdiyi məlumata görə, bu gün general-mayor bu il Rusiyaya məxsus hərbi texnika ilə yüklənmiş sonuncu eşelonun Azərbaycan ərazisi ilə göndərilməsi mərasimində iştirak edib.

"Azərbaycan bu sazişin yerinə yetirilməsi üzrə Rusiya və Gürcüstana yardım edib və edəcək", - deyə E.Poluxov qeyd edib.

Axalkalakidəki bazada qalmış avtotexnika isə gələn il çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti