AŞPA-nın monitorinq komitəsi həmməruzəçiləri Andres Herkel və Toni Lloydun Azərbaycan səfəri qüvvədə qalır. Bu barədə Trend ə AŞPA monitorinq komitəsinin həmməruzəçisi Andres Herkel bildirib.
Həmməruzəçilər oktyabrın 30-dan noyabrın 3-dək Bakıda olacaqlar. Səfər zamanı Azərbaycan hökümətinin, vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də jurnalistlərlə görüşlər keçiriləcək. Səfərin məqsədi Avropa Şurası Parlament Assambleyasını son aylar ərzində Azərbaycanda gedən proseslər haqqında məlumatlandırmaqdan ibarətdir.