...

Türk dövlətləri parlamentləri dostluq qruplarının rəhbərləri Bakıya toplaşacaq

Siyasət Materials 29 Sentyabr 2006 12:28 (UTC +04:00)

Yanvar ayına qədər türk dövlətləri parlamentləri dostluq qruplarının rəhbərləri Bakıya toplaşacaq. Bu barədə Trend ə Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, mədəniyyət məsələləri daimi komissiyasının sədri, professor Nizami Cəfərov Türk Dövlətləri Parlament Assambleyasının yaradılması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib.

Onu da bildirək ki, bu məsələ ilə bağlı ilk təşəbbüs Azərbaycandan göstərilib.

N.Cəfərov onu da vurğbulayıb ki, Türk dövlətlərindən çoxunun parlament üzvləri ilə söhbətlər aparılıb: "Qərara gəlmişik ki, yanvara qədər formalaşdıracağımız assambleyanın əsaslarını müəyyənləşdirək. Biz bu barədə təkliflərimizi vermişik. Nəzərdə tutmuşuq ki, hər bir türk dövləti parlamentində fəaliyyət göstərən dostluq qruplarının rəhbərlərini Bakıya dəvət edək. Onların özləri Bakıda görüşməyə meyllidirlər. Bu da Azərbaycanın türk dövlətləri arasında kifayət qədər güclənməsindən irəli gəlir".

N.Cəfərov onu da qeyd edib ki, bu məsələnin həyata vəsiqə qazanması üçün bir neçə türk dövləti başçısı ilə də danışıqlar aparılmalıdır: "Bu məsələ dövlət başçıları ilə razılaşdırılmalıdır. Artıq prosesə başlanılıb. Güman edirəm ki, yanvara qədər biz qarşıya qoyduğumuz məqsədlərin bir hissəsinə nail olacağıq".

Xəbər lenti

Xəbər lenti