...

AB –nin xüsusi nümayəndəsi hesab edir ki, Cənubi Qafqaz ölkələrini Avropa ilə eynilik birləşdirə bilər

Siyasət Materials 2 Oktyabr 2006 14:29 (UTC +04:00)
AB –nin xüsusi nümayəndəsi hesab edir ki, Cənubi Qafqaz ölkələrini Avropa ilə eynilik birləşdirə bilər

Avropa Birliyinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi (Peter Semneby) bu gün Yerevanda bəyan edib ki, "Avropa ilə eynilik Cənubi Qafqaz ölkələrini birləşdirə bilər".

Mediamaks agentliyi xəbər verir ki, Piter Semnebi "Cənubi Qafqaz 2006: inkişafın yeni tendensiyaları, təhlükələr və risklər" mövzusunda beynəlxalq konfransda çıxış edərkən bildirib ki, beynəlxalq ictimaiyyətin bölgəyə marağı son zamanlar xeyli artıb.

AB-nin xüsusi nümayəndəsinin sözlərinə görə, Cənubi Qafqazın hər üç dövləti öz milli özünəməxsusluqlarını müdafiə edirlər, lakin Avropa Birliyi onlara "Avropa ilə eyniliyi" təklif edir.

Piter Semnebi qeyd edib ki, Rumıniya və Bolqarıstanın AB-yə daxil olmasından sonra Avropa Birliyi bilavasitə Qara dəniz bölgəsinə cəlb olunacaq, nəticədə AB Cənubi Qafqazda daha əhəmiyyətli sabitləşdirici rol oynaya biləcək.

Xəbər lenti

Xəbər lenti