...

Əhməd Necdət Sezər: Türkiyə Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunmasının tərəfdarıdır

Siyasət Materials 2 Oktyabr 2006 16:49 (UTC +04:00)

Türkiyə fəxr edir ki, dost Azərbaycan uğurla inkişaf edir və həyata keçirdiyi tədbirlər sayəsində dünya siyasətində layiqli yer tutacaq. Trend in xəbər verdiyi kimi, bu barədə Türkiyə parlamentində çıxışı zamanı ölkə prezidenti Əhməd Necdət Sezər bəyan edib.

"Türkiyə Cənubi Qafqazda sabitlik və dostluq atmosferinin formalaşmasını istəyir. Bu kontekstdə rəsmi Ankara regionda uzunmüddətli sülhün, sabitliyin və etimadın bərqərar olması üçün səy göstərməkdə davam edir", - deyə dövlət başçısı bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Ə.N.Sezər vurğulayıb ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpası və Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır.

Prezident bəyan edib ki, onun ölkəsi Avrasiya regionunda siyasi sabitliyin təmin olunmasında maraqlıdır. Onun sözlərinə görə, bu ilin iyulunda istismara verilmiş Bakı-Tiflis-Ceyhan neft kəməri uğurlu regional əməkdaşlığın əyani nümunəsidir. "Qazaxıstanın iştirakı sayəsində bu boru kəməri tezliklə Orta Asiyaya çatacaq", - deyə Ə.N.Sezər bildirib.

Xəbər lenti

Xəbər lenti