...

Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin əsasnamə və strukturunu təsdiq edib

Siyasət Materials 5 Oktyabr 2006 13:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ölkənin Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun və işçilərin say həddinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu barədə Trend xəbər verir.

Dövlət başçısının fərmanında Müdafiə Sənayesi Nazirliyinə bir ay ərzində Elmi-Tədqiqat İnstitutunun, həmçinin Nazirliyin tabeliyinə verilən istehsalat və elmi-texniki birliklərin bazasında bir sıra zavod və istehsalat müəssisələrinin yaradılması tapşırılıb.

İ.Əliyev ölkənin nazirlər Kabinetinə bir ay müddətində Elmi-Tədqiqat İnstitutunun dövlət büdcəsindən maliyyələşdirilməsini təmin etməyi və bu Fərmandan irəli gələn digər məsələləri həll etməyi həvalə edib.

Xəbər lenti

Xəbər lenti