Noyabrın üçüncü ongünlüyündə Bakıda İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin gəncləri üçün üçgünlük treninq-konfrans keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov məlumat verib.
O bildirib ki, İKT-yə üzv olan 45 ölkədən Bakıya gənc liderlər gələcəklər. Hər bir ölkədən 1 namizəd iştirak edəcək. "Məşqçilər üçün treninq" adı altında keçiriləcək tədbirdə Malayziyadan olan aparıcı mütəxəssislər bu ölkələrin gənclərinin qabiliyətlərini artırması üçün treninqlər keçirəcəklər.
Konfrans İslam İnkişaf Bankının dəstəyi ilə keçiriləcək. Treninq iştirakçıları bankın nümayəndələri ilə də görüşəcəklər. Görüşdən sonra iştirakçılar haqqında
məlumatlar İslam İnkişaf Bankının məlumatlar bazasına daxil ediləcək.