...

AŞPA-da "Cənubi Qafqazda stabillik Paktı" müzakirə olunub

Siyasət Materials 6 Oktyabr 2006 17:54 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Siyasi Komitənin iclasında "Cənubi Qafqazda stabillik Paktı" müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

Q.Paşayeva qeyd edib ki, yaxın sessiyalarda bu sənəd müzakirəyə çıxarılacaq: "Azərbaycan nümayəndə heyətinin bu sənədlə bağlı iradları var. Çünki Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqaz regionunda iqtisadi sahədə əməkdaşlıq ancaq Ermənistanın işğal etdiyi ərazilər azad olunandan sonra mümkün ola bilər".

Millət vəkili onu da vurğulayıb ki, Avropa Şurasında Avropa Xatirə Mərkəzi və Etnik Təmizləmə qurbanlarına həsr olunan muzeyin yaradılması ilə bağlı aparılan müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü Rustamyan nümayəndə heyətimiz tərəfindən layiqli cavabını alıb.

Xəbər lenti

Xəbər lenti