...

Lori Bristou: Britaniya parlameninin nümayəndə heyəti Bakıya gəlir

Siyasət Materials 7 Oktyabr 2006 10:28 (UTC +04:00)
Lori Bristou: Britaniya parlameninin nümayəndə heyəti Bakıya gəlir

Oktyabrın 8-də Böyük Britaniyanın parlament qrupu Bakıya gələcək. Bu barədə Trend ə eksklüziv olaraq Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou məlumat verib.

O qeyd edib ki, nümayəndə heyəti 7 nəfərdən ibarət olacaq. Nümayəndə heyətinə hökumət üzvləri də daxil olacaq. Qrupun ölkəyə səfəri gələn həftənin ortalarınadək davam edəcək. Nümayəndələr parlament, Xarici İşlər və Müdafiə nazirliklərində, o cümlədən Azərbaycan prezidenti ilə görüşlər keçirəcəklər.

Qrup qaçqınlar şəhərciyinə və Səngəçal terminalına da baş çəkəcəklər.

Xəbər lenti

Xəbər lenti