...

Azərbaycanın xarici işlər naziri NATO baş katibinin müavinini qəbul edib

Siyasət Materials 9 Oktyabr 2006 19:34 (UTC +04:00)

Oktyabrın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan NATO baş katibinin müavini, baş katibin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Görüş zamanı R.Simons öz səfər proqramı haqqında nazirə ətraflı məlumat verib və Azərbaycan Respublikası ilə NATO arasında mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri, təhlükəsizlik məsələləri və elm sahəsində qarşılıqlı tərəfdaşlığın inkişaf etdirilməsinə əmin olduğunu söyləyib.

Elmar Məmmədyarov Azərbaycanla NATO arasında əməkdaşlığın inkişaf dinamikasından məmnunluğunu ifadə edib. Daha sonra o, bu yaxınlarda Avropa Birliyi "üçlüyü" və Azərbaycan Respublikası arasında birgə Bəyanatın imzalanması mərasimini xatırlayaraq, ölkəmizin Avropa və Avro-Atlantik strukturlara inteqrasiyası və qarşılıqlı əlaqələrinin genişləndirilməsinin dövlətimizin milli maraqlarına xidmət etdiyini qeyd edib, bu tərəfdaşlığın Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Daha sonra nazir Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hələ də işğal altsnda saxlanması faktının yolverilməz olduğunu söyləyib. Azərbaycanın yalnız enerji istehsal edən ölkə deyil, həmçinin tranzit ölkə olduğunu vurğulayan nazir Məmmədyarov, bu münaqişənin region üçün ciddi təhlükə mənbəyi olduğunu qonağın diqqətinə çatdırıb. O, Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarının tamamilə çsxarslması məsələsinin regionda davamlı sülh və təhlükəsizliyə nail olmaq istiqamətində vacib əhəmiyyət kəsb etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti