...

Əli Əhmədov: "Ermənilər nə vaxtsa qüdrətli orduya sahib olan Azərbaycanın qəzəbinə tuş gələcəklərindən narahatlıq hissi keçirir"

Siyasət Materials 12 Oktyabr 2006 12:20 (UTC +04:00)
Əli Əhmədov: "Ermənilər nə vaxtsa qüdrətli orduya sahib olan Azərbaycanın qəzəbinə tuş gələcəklərindən narahatlıq hissi keçirir"

"Ermənilər nə vaxtsa qüdrətli orduya sahib olan Azərbaycanın qəzəbinə tuş gələcəyindən narahatlıq hissi keçirir". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icraçı katibi, millət vəkili Əli Əhmədov Ermənistan prezidenti və xarici işlər nazirinin Azərbaycana qarşı irəli sürdükləri bir sıra ittihamlara münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, Ermənistan rəsmiləri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hərb variantını seçəcək rəsmi Bakının cavabsız qalmayacağı, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin Ermənistan tərəfindən qorunacağı, Türkiyə ilə Azərbaycanın Ermənistanı blokadada saxlamaq niyyətində olması və s. məsələlərə toxunublar.

YAP rəsmisi onu da vurğulayıb ki, Azərbaycanın sürətlə artan qüdrəti təkcə erməniləri yox, onları müdafiə edən dairələri də narahat etməkdədir: "Əgər belə bir narahatçılıq hiss olunmasaydı, bu ittihamlar söylənilməzdi. Azərbaycanın iqtisadi gücünün artması təkcə iqtisadi amil olaraq qalmır. Bu həm də Azərbaycanın siyasi gücünün artması, dünya birliyində mövqeyinin möhkəmlənməsi, ölkənin öz həqiqətlərini dünya ictimaiyyətinə daha inandırıcı şəkildə danışmaq imkanlarının genişlənməsi deməkdir. Təbii ki, Azərbaycanın iqtisadi qüdrəti hərbi qüdrətinə transfer edilir". Millət vəkili bildirib ki, Azərbaycanın iqtisadiyyatı gücləndikcə onun hərbi potensialı və hərbi xərclərə istifadə olunan büdcə vəsaitləri artır.

Ə.Əhmədov vurğulayıb ki, bütün bu göstəricilər işğalçı Ermənistanı narahat edir. Onlar qeyri-konstruktiv mövqe tutduqlarından, nə vaxtsa qüdrətli orduya sahib olan Azərbaycanın qəzəbinə tuş gələcəklərindən narahatlıq hissi keçirirlər: "O ki, qaldı ermənilərin ittihamlarna, əgər onlar Azərbaycanın hər hansı bir addımından qorxmasaydılar, narahatlıq keçirməzdilər. Bu xüsusiyyətlər onların xislətinə xas olan amillərdir. Onlar Azərbaycanın potensialı ilə bağlı gerçəklikləri gizlətməyə çalışırlar".

Ə.Əhmədov bu yaxınlarda Fransa agentliklərinin birində Azərbaycanın hərbi büdcəsinin hökumət tərəfindən bəyan edilən miqdarda deyil, ondan aşağı olması haqqında fikirlər səsləndirildiyini söyləyib: "Açıq etiraf edim ki, bu, bir-biri ilə bağlı olan iki məqsədə xidmət edir. Bunlardan biri ermənilərdə yaşanan vahimə hissini bir az azaltmaq, ikincisi isə ermənilərin müdafiəsinə qalxan ayrı-ayrı qüvvələrə təskinlik verməkdir".

Xəbər lenti

Xəbər lenti