...

Nazir: "Şahdəniz" yatağının istismarına dekabr ayında başlanacaq

Siyasət Materials 12 Oktyabr 2006 12:53 (UTC +04:00)
Nazir: "Şahdəniz" yatağının istismarına dekabr ayında başlanacaq

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının istismarına 2006-cı ilin dekabr ayında başlanacaq. Trend xəbər verir ki, bu baradə bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu, Azərbaycana əlavə qaz mənbəyi əldə etmək imkanı verəcək. O qeyd edib ki, 2007-ci ildə Azərbaycan üçün yanacaq mənbəyi həm də Rusiya və İran qazı, həmçinin şəxsi yataqlarında hasil edilən yanacaq ola bilər. "Biz bunun üzərində işləyirik", - deyə Azərbaycanın SEN başçısı bildirib.

"Biz hesab edirik ki, Rusiya qazının qiymətini müəyyən etmək üçün tələsmək lazım deyil. Azərbaycan Rusiya və Avropada proseslərin gedişatını və Rusiyanın digər ölkələrlə apardığı danışıqların gedişatını izləyir. Rusiyanın Ukraynaya, o cümlədən Belorus və Moldovaya satacağı qazın qiyməti Azərbaycan üçün xüsusilə maraqlıdır", - deyə o bildirib.

N.Əliyev bildirib ki, əgər 2007-ci ildə alınan Rusiya qazının qiyməti Azərbaycan tərəfini qane etsə, ölkə idxalı davam etdirəcək. "Əgər qazın qiyməti həddindən artıq yüksək olsa, Azərbaycan həmin qazdan imtina edəcək. Azərbaycanın çoxlu alternativ variantları var", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti