...

Novruz Məmmədov: Fransa parlamentinin addımları beynəlxalq münasibətlərə təsir edə bilər

Siyasət Materials 13 Oktyabr 2006 17:45 (UTC +04:00)

Demokratik prinsiplərin və insan haqlarının inkişaf etdiyi Fransa kimi bir dövlətdə bu cür həssas məsələlərin müzakirəsi zamanı ehtiyatlı olmaq lazımdır. Bunu Trend ə eksklüziv olaraq Azərbaycan Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Fransa Milli Assambleyası tərəfindən erməni genosidini inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbul olunmasını şərh edərkən bildirib.

N. Məmmədov hesab edir ki, bu cür hərəkətlər beynəlxalq münasibətlərə təsir edə bilər. O təəsssüf edir ki, Fransa Milli Assambleyasının bir qrup deputatı qondarma erməni soyqırımı iddiasının təsiri altına düşərək öz addımlarını düşünməyib.

Şöbə müdiri əmindir ki, bu qanunun qəbulu Fransada mövcud olan şəxsiyyət azadlığı prinsiplərinə ziddir. "Təsəvvür edin ki, 60 milyon əhalisi olan bir ölkədə birdən-birə bütün vətəndaşlar 100 il bundan əvvəl baş vermiş hadisələrlə bağlı öz fikirlərini söylədiklərinə görə cəzalandırılırlar. Bunu necə əsaslandırmaq olar".

Azərbaycanlı diplomat bildirir ki, əvvəlcə bu hadisələrlə bağlı dəqiq fikri müəyyən etmək, arxivləri öyrənmək, sonra isə mövqeyi ortaya qoymaq lazımdır. Amma hazırda siyasi amilin üstünlyü göz qabağındadır. Iə ermənilər bu proseslərə birbaşa təsir edirlər, - deyə şöbə müdiri bildirir.

"Fransa parlamenti artıq erməni soyqırımını tanıyıb. Bu məsələni yenidən qaldırmaq nəyə lazım idi. Siyasətçilər tarixi hadisələrə dəqiq qiymət verə bilməzlər. Bundan başqa, Fransanın ayrı-ayrı xadimləri, dünya mütəxəssisləri və tarixçiləri bildiriblər ki, bu məsələ uydurulub və onlar konkret mənbələr gətirirlər". Məsələyə aydınlıq gətirilmədən qərarın qəbul olunması beynəlxalq münasibətlərdə neqativ tendensiyalara cətirib çıxara bilər və bugünkü danışıqların konstruktivliyinə mənfi təsir göstərə bilər. N. Məmmədov güman edir ki, tezliklə bu addımın düzgün olmadığı dərk ediləcək.

O, həmçinin hesab edir ki, baş verənlər fonunda Fransa ATƏT-in Minsk qrupu həmsədri kimi çalışmalıdır ki, onun neytral mövqeyi və səmimiyyəti şübhə altına alınmasın.

Xəbər lenti

Xəbər lenti