...

Gəncədə 1107 vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Siyasət Materials 16 Oktyabr 2006 12:27 (UTC +04:00)

Bu ilin 9 ayı ərzində 12 saylı Ərazi Iergilər İdarəsi Gəncədə keçirilən reydlər zamanı vergi qanunvericiliyinin pozulması ilə əlaqədar 1107 inzibati protokol tərtib edib. Bu barədə məlumatı Trend ə idarənən şöbə müdiri Azər Məmmədov verib.

Onun sözlərinə görə, bu dövr ərzində Gəncədə fəaliyyət göstərən 962 obyektdə operativ nəzarət reydləri keçirilib. İdarə əməkdaşlarının aşkar etdiyi 1107 qanun pozuntusu hallarının əksəriyyəti, yəni 762 fakt əhali ilə nəqd pul hesablaşmaları qaydalarına düzgün əməl olunmaması ilə əlaqdardır. 115 protokol isə vergi qeydiyyatında durmadan, qanunsuz sahibkarlıq fəaliyyətinə aiddir. 147 fakt xüsui lisenziya olmadan fəaliyyət, 55 protokol isə işçilərlə əmək müqaviləsinin bağlanılmaması halları ilə əlaqədardır. Həmçinin 22 halda xarici valyuta ilə alver etmə faktı aşkarlanıb.

Azər Məmmədov onu da əlavə edib ki, keçirilən reydlər nəticəsində aksiz markasız 12647 qutu tütün məmulatları dövriyyədən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti