...

Vahid Ərdəm : Heç bir dövlət silah gücünə başqa bir dövlətin ərazisini işğal altında saxlaya bilməz

Siyasət Materials 17 Oktyabr 2006 17:57 (UTC +04:00)
Vahid Ərdəm : Heç bir dövlət silah gücünə başqa bir dövlətin ərazisini işğal altında saxlaya bilməz

Heç bir dövlət silah gücünə başqa bir dövlətin ərazisini işğal altında saxlaya bilməz. Trend xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan NATO PA-nın Təhlükəsizlik və Müdafiyə üzrə Komitənin gələcək təhlükəsizlik və müdafiyə üzrə alt komitəsinin sədri Vahid Ərdəm oktyabrın 17-də Milli Məclisdə keçirdiyi konfransda bildirib.

V.Ərdəm onu da qeyd edib ki, NATO Dağlığ Qarabağ məsələsini, Gürcüstanın Abxaziya probleminin sülh yolu ilə həll olunmasını istəyir. Əgər bu problemlər həll olunarsa, Cənubi Qafqaz iqtisadi cəhətdən inkişaf edə bilər.

Alt komitə sədri onu da qeyd edib ki, Cənubi Qafqazdakı vəziyyətlə bağlı məruzə hazırlanır: "Azərbaycan tərəfinin məruzə ilə bağlı etirazları nəzərə alınacaq". V.Ərdəm onu da qeyd edib ki, Azərbaycan ordusunun NATO standartlarına uyğun formalaşması üçün zaman lazımdır. Türkiyə Azərbaycana bu məsələdə həmişə dəstək olub və bundan sonra da olacaq.

Xəbər lenti

Xəbər lenti