...

"Bulgargaz"ın başçısı: NABUCCO kəmərində birinci Azərbaycan qazı olacaq

Siyasət Materials 17 Oktyabr 2006 19:41 (UTC +04:00)
"Bulgargaz"ın başçısı: NABUCCO kəmərində birinci Azərbaycan qazı olacaq

NABUCCO kəməri ilə ilk nəql olunacaq təbii qaz Azərbaycandan gələcək. Bunu "Bulgargaz" şirkətinin icraçı direktoru Kirill Geqov bəyan edib. Bu barədə Trend Bolqarıstanın "Banker Weekly" qəzetinə istinadən xəbər verir.

3300 km uzunluğunda olan NABUCCO qaz kəməri ilə 2015-ci ilədək Mərkəzi Avropaya ildə 30 mlrd. kubmetr qaz nəql olunacaq. Bu qaz kəməri Rusiya qazının Avropaya çatdırılmasına alternativdir.

Layihənin öyrənilməsi üçün "Bulgargaz", Türkiyənin "Botaş", Rumıniyanın "Transgaz", Macarıstanın "MOL" və Avstriyanın "OMI" şirkətləri tərəfindən "NABUCCO Company Pipeline" yaradılıb.

K. Geqovun sözlərinə görə, Misir və İran da bu boru kəməri ilə qaz tədarükçüsü kimi çıxış edə bilərlər.

"Banker Weekly"nin yazdığına görə, layihənin öyrənilməsini sürətləndirmək üçün "NABUCCO Company Pipeline" Avropa Komissiyasından əlavə 3,5 mln. avroya yaxın qrant istəyəcək. İlkin tədqiqatlar üçün şirkət artıq Avropa Komissiyasından 2 mln. avro məbləğində qrant alıb.

"Şahdəniz" qazkondensat yatağından ilkin qazın hasilatı bu ilin dekabrında nəzərdə tutulub. Qiymətləndirmələrə əsasən, yataqda qaz ehtiyatı 1 trln. kubmetrə bərabərdir.

"Şahdəniz" yatağının işlənilməsi üzrə müqavilə 1996-cı ilin iyunun 4-də Bakıda imzalanıb. BP (operator - 25,5%), Statoil (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), LUKoil (10%), NICO (10%), TotalFinaElf (10%) və TPAO (9%) layihənin iştirakçılarıdır.

Xəbər lenti

Xəbər lenti