Oktyabrın 20-də Azərbaycanın Xarici İşlər Nazirliyində Rusiya və Azərbaycan XİN informasiya departamentlərinin rəhbərləri arasında məsləhətləşmələr aparılıb.
Azərbaycan XİN-in mətbuat mərkəzindən verilən məlumata görə, məsləhətləşmələrdə Rusiya tərəfini ölkənin Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəhbəri Mixail Kamınin, Azərbaycan tərəfini isə mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə təmsil edib.
Görüşdə hər iki ölkə XİN-in müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
M.Kamınini Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov qəbul edəcək.