...

AŞPA prezidenti Fransanı tənqid edib

Siyasət Materials 27 Oktyabr 2006 11:55 (UTC +04:00)
AŞPA prezidenti Fransanı tənqid edib

Türkiyədə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden Fransa parlamentinin qəbul etdiyi "erməni soyqırımı" haqqında qanun layihəsini tənqid edib. Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, o, bunu səhv qərar adlandırıb.

Ankarada KİV qarşısında çıxış edən Rene van der Linden bəyan edib ki, Fransa parlamentinin qərarı söz azadlığına əməl olunması baxımından pis nümunədir. O, ümid etdiyini bildirib ki, Fransa Senatı parlamentin ardınca getməyəcək.

Bu qərarın Türkiyə ilə qarşılıqlı münasibətlərdə gərginlik doğurduğunu qeyd edən AŞPA prezidenti bəyan edib ki, "barışığın əldə olunmasına ehtiyac var".

Xəbər lenti

Xəbər lenti