...

Azərbaycan prezidenti İcra aparatının şöbə müdiri: "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda dəyişikliklər edilə bilər

Siyasət Materials 30 Oktyabr 2006 12:50 (UTC +04:00)

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda dəyişikliklər edilə bilər. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İcra aparatının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbə müdiri Fuad Ələsgərov məlumat verib. O qeyd edib ki, həmin dəyişikliklər texniki xarakter daşıyacaq.

O əlavə edib ki, Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda bu qanuna dair öz şərhlərini açıqlayıb. Onlar hesab edir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun bəzi bəndlərinin dəyişdirilməsinə ehtiyac var. F.Ələsgərov əlavə edib ki, bunun üzərində işlər görülür və həmin məsələyə dair Venesiya komissiyası çərçivəsində müzakirələr davam etdiriləcək.

Azərbaycan prezidenti İcra aparatının nümayəndəsi vurğulayıb ki, Bakı şəhər İcra hakimiyyəti artıq aksiyaların keçirilməsi üçün xüsusi yer ayırıb.

Xəbər lenti

Xəbər lenti