...

QHT-lərdən ibarət Qadın Monitorinq Qrupu təsis olunub

Siyasət Materials 31 Oktyabr 2006 14:47 (UTC +04:00)

Azərbaycanda bir neçə qeyri-hökumət təşkilatından (QHT) ibarət Qadın Monitorinq Qrupu təsis olunub. Bu barədə Trend ə Monitorinq Qrupunun həmtəsisçisi olan Qadın Problemlərinin Tədqiqi Mərkəzindən məlumat verilib.

Qrupda Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi (sədr Mehriban Iəzir), Qadın Problemlərinin Tədqiqi Mərkəzi (sədr Sevil Allahverdiyeva), Eko Aləm İctimai Birliyi (sədr Sevil Yüzbaşova), Qaçqın və Məcburu Köçkün Qadınların İnkişaf Mərkəzi (sədr Gültəkin Həsənova), Qadın Hüquqlarının Himayə Mərkəzinin (sədr Həqiqət Məmmədli) birgə təsisçiliyi ilə yaradılıb.

Qadın Monitorinq Qrupunun məqsədi Azərbaycanda bütün sahələrdə qadınlarının vəziyyətini monitorinqini aparmaq, qadınların inkişafına mane olan problemləri tədqiq etmək, onların inkişafına dair tədbirlər həyata keçirməkdir. Qrup həmçinin, demokratiyanın inkişafını, açıq cəmiyyətin formalaşması, idarəetmədə şəffaflığı, qadın diskriminasiyasının aradan qaldırılmasını və gender-balansın, siyasi mədəniyyət nailiyyətlərinin cəmiyyətimizə gətirilməsini, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasını, insan və mülkiyyət haqlarının qorunmasını qarşısına məqsəd qoyan qadınlardan ibarət həmrəylik qrupudur.

Xəbər lenti

Xəbər lenti