...

Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzi layihələrdə hərbyönümlü QHT-lərin iştirakını da vacib sayır

Siyasət Materials 2 Noyabr 2006 15:27 (UTC +04:00)

Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzi Azərbaycanda həyata keçirəcək layihələrdə hərbyönümlü qeyri-hökumət təşkilatlarının iştirakını da vacib sayır. Trend in məlumatına görə, bu təklif Bakıda səfərdə olan nümayəndə heyətinin Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyində noyabrın 2-də keçirilmiş görüşündə qurumun nümayəndəsi Erik Sportel tərəfindən səslənib.

Qurumun nümayəndəsi Merijn Hartoq Azərbaycanın Cənubi Qafqazda iqtisadi cəhətdən qüdrətli dövlət olduğunu bildirib və təmsil etdiyi qurumun həyata keçirdiyi layihələrdən danışıb.

O, müdafiə, hüquq və kəşfiyyat sahəsində demokratik idarəetməyə yardım məqsədi ilə həyata keçirilən "Starlink" proqramı çərçivəsində 2007-ci ilin fevral-sentyabr aylarında baş tutacaq layihələr barədə məlumat verib. Qeyd edib ki, bu layihə çərçivəsində seminarlar və treninqlərin keçirilməsi planlaşdırılır.

İctimai Birliyin sədri Yaşar Cəfərov layihə ilə əlaqədar öz təkliflərini irəli sürüb. Qurumun nümayəndəsi Erik Sporteli isə öz növbəsində qeyd edib ki, qurum bu layihənin gerçəkləşməsində Azərbaycanın 9 hərbyönülmü qeyri-hökumət təşkilatlaının iştirakını məqbul sayır.

Görüşdə həmçinin NATO Parlament Assambleyasının Kanadada keçiriləcək növbəti iclasındakı gündəliyinə çıxarılacaq bir sıra məsələlər, o cümlədən Azərbaycanda demokratik və hüquqi islahatlarla bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti