...

Azərbaycanın milli təhlükəsizlik naziri Kanadanın təhlükəsizlik və kəşfiyyat xidmətinin direktor müavinini qəbul edib

Siyasət Materials 3 Noyabr 2006 17:06 (UTC +04:00)

Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov noyabrın 3 Bakıda rəsmi səfərdə olan Kanadanın təhlükəsizlik və kəşfiyyat xidmətinin direktor müavini Cek Huneri qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Görüşdə nazir E.Mahmudov Kanadanın xüsusi xidmət orqanının nümayəndəsi ilə ilk görüşü iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın qurulması istiqamətində atılan önəmli addım kimi qiymətləndirib.

E.Mahmudov regionda gedən proseslər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və ondan irəli gələn fəsadlar barədə qonağa məlumat verib. Nazir beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinin artmasının bütün dünyada ciddi narahatçılıq doğurduğunu qeyd edib. Bununla əlaqədar Milli Təhlükəsizlik Nazirliyində yeni təhdidlərə qarşı həyata keçirilən adekvat tədbirlər və onların konkret nəticələri ilə bağlı məlumat verib.

Cek Huner isə öz növbəsində Bakıya səfərindən, o cümlədən Azərbaycanın və Kanadanın təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti