...

Asim Mollazadə Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin nümayəndələrilə görüşüb

Siyasət Materials 3 Noyabr 2006 17:33 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin nümayəndələri Merjin Hartof və Erik Sporteli ilə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə Azərbaycanın NATO-ya və Avroatlantik məkana inteqrasiyası müzakirə olunub. "Demokratiya və iqtisadi inkişaf uğrunda GUAM" təşkilatı məkanında və Cənubi Qafqazda təhlükəsizlik məsələləri barədə də görüşdə geniş fikir mübadiləsi aparılıb. Asim Mollazadə həmçinin qonaqlara partiya barəsində geniş məlumat verib.

Xəbər lenti

Xəbər lenti