Müsavat Partiyası noyabırn 26-da keçirməyi planlaşdırdığı yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərib. Bu barədə Trend ə Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.
O bildirib ki, məktubda noyabrın 26-da saat 16.00-dan 19.00-dək metronun "20 Yanvar" stansiyası yaxınlığından başlayaraq "Qələbə" kinoteatrı qarşısındakı meydanadək yürüş-keçirilməsi barədə məlumat verilir.
A.Hacılı onu da deyib ki, vətəndaşların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırdığına görə Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət hazırlanır. Onun sözlərinə görə, şikayət bu günlərdə məhkəməyə təqdim olunacaq.