...

Qafqaz Müsəlmanları İdarəsinin sədri: Azərbaycanda dövlət səviyyəsində tolerantlığın həyata keçirilməsini onun uzun ömürlülüyü təmin edir

Siyasət Materials 16 Noyabr 2006 13:36 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri: Azərbaycanda dövlət səviyyəsində tolerantlığın həyata keçirilməsini onun uzun ömürlülüyü təmin edir

Azərbaycanda dövlət səviyyəsində tolerantlığın həyata keçirilməsini onun uzun ömürlülüyü təmin edir. Trend xəbər verir ki, bu barədə noyabrın 16-da Beynəlxalq tolerantlıq gününə həsr olunmuş "Azərbaycan- tolerantlığın nümunəsidir" mövzusunda dəyirmi masada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, tolerantlıq qədim tarixi köklərə və ənənələrə malik Azərbaycan üçün gerçəklikdir. Şeyxülislamın qeyd etdiyi kimi, dövlət din azadlığının zəmanətçisidir. Ölkədə məscidlərlə yanaşı kilsə və sinaqoqlar da bərpa olunur. Düzgün dini siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanda dünyanın ən nüfuzlu din xadimlərinin tanıdığı və yüksək qiymətləndirdiyi dinsevər tolerantlıq bərqərar olunub.

Dini qurumlarla iş üzrə Dövlət komitəsinin sədri Hidayət Orucovun dəyirmi masada qeyd etdiyi kimi, Beynəlxalq tolerantlıq günü 1999-cu ildən bəri Azərbaycanda qeyd olunur. Onun sözlərinə görə, dini tolerantlıq dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan Şərqdə hər zaman öz tolerantlıq səviyyəsi ilə fərqlənib və bu, bölgədə sülh və sabitliyin bərqərar olunmasında mühüm rol oynayıb. Bəzi ölkələrdə, o cümlədən Ermənistanda aparılan etnik təmizləmə siyasətinə toxunan Dövlət komitəsinin başçısı qeyd edib ki, bəzən bu siyasətin qurbanları yalnız müsəlmanlar deyil, həm də digər dini konfessiyaların nümayəndələri olur. H.Orucovun sözlərinə görə, bu gün Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri dinc şəkildə mövcuddur və onlar azərbaycanlılarla birgə dövlətin suverenliyi və müstəqilliyi uğrunda mübarizə aparıb. Dövlət komitəsinin sədri cəmiyyətdə dini qurumlar arasında konftrontasiya yaratmaq istəyən müəyyən qüvvələrin olduğunu etiraf edib. H.Orucov bu cür qüvvələrlə mübarizəni bütün dini konfessiya nümayəndələrinin əsas vəzifəsi adlandırıb.

ABŞ-ın Azərbaycandakı səfiri E.Dersi Azərbaycanda tolerantlığın səviyyəsini yüksək qiymətləndirərək, vurğulayıb ki, tolerantlıq bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Din azadlığı ABŞ dövlət siyasətinin başlıca prinsiplərindən biridir. ABŞ və Azərbaycan insanların məzhəbinə hörmətlə yanaşırlar. Lakin o qeyd edib ki, ekstremist qüvvələr dindən zorakılığa bəraət qazandırmaq üçün istifadə etməyə çalışırlar, bu isə yolverilməzdir. O bildirib ki, islamda terrora yer yoxdur. E.Dersi qeyd edib ki, Azərbaycan bu cür vəziyyətlərdə daha diqqətli və uzaqgörən olmalıdır.

Bakı və Xəzəryanı yeparxiyanın yepiskopu, Rus pravoslav kilsəsinin Baş yepiskopu Aleksandrın, dağ yəhudilərinin başçısı Semyon İxiilovun, xarici ölkə səfirlərinin, dini qurum başçılarının iştirak etdiyi konfransda Azərbaycan prezidentinə müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti