...

Şəki şəhər sakini Yevlaxda narkotik maddə satarkən yaxalanıb

Siyasət Materials 20 Noyabr 2006 17:29 (UTC +04:00)

Yevlax rayonunun Xaldan yaşayış qəsəbəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6 kiloqram narkotik maddə olan marixuana ələ keçirilib. Bu barədə məlumatı Trendə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsinin rəis əvəzi polis polkovnik-leytenant Rəfail İsmayılov verib.

Onun sözlərinə görə, Şəki şəhər sakini, 1963-cü il təvəlüdlü Telman Əhmədov 5, 2 kq qurudulmuş marixuananı 12 min ABŞ dollarına satarkən yaxalanıb.

"Tutulan şəxs çantanın içərisində olan marixuananı yaşadığı Şəki şəhərindəki meşələrin birindən yığdığını iddia edir. Lakin bunu özünün becərməsi də güman edilir. Bunun üçün yaxın günlərdə saxlanılan şəxsin evinə baxış keçiriləcək" - deyə R. İsmayılov bildirdi.

Xəbər lenti

Xəbər lenti