...

Türkiyənin energetika naziri: "Türkiyə "Şahdəniz" layihəsi çərçivəsində Azərbaycan qazını idxal etməyə hazırdır"

Siyasət Materials 21 Noyabr 2006 20:10 (UTC +04:00)

"Şahdəniz" layihəsi Türkiyə üçün böyük əhəmiyyətə malikdir və "Botaş" şirkəti onun reallaşdırılmasını çox uğurla həyata keçirməyə davam edir. Türkiyə KİV-nə istinadən Trend məlumat verir ki, ölkənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər "Zaman" qəzetinin məlumatını şərh edərkən Azərbaycan qazının Türkiyəyə nəqli vaxtının dəyişdirilməsinin mümkünlüyünü qeyd edib.

Nazir deyib: "Biz bu layihənin reallaşmasını çox uğurla həyata keçirməkdə davam edirik. Bu şayiələr müəyyən dairələrin spekulyasiyasının bir hissəsidir. Rusiya tərəfindən hər hansı bir maneə yoxdur. Bunlar beynəlxalq layihələr hesab olunur və dövlətlərarası sazişlər əsasında reallaşdırılır. Hər şey artıq razılaşdırılıb".

Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismarı məsələsinə toxunan H.Gülər bu günəcən 60 tankerdən artıq Azərbaycan neftinin göndərildiyini bildirib. "BTC böyük gəlirlər gətirir və "Şahdəniz" layihəsi miqyasca eyni qədər əhəmiyyətlidir. Qaz layihəsinin reallaşdırılması üzrə işlər bitmək üzrədir. Düşünürəm ki, 2006-cı ilin sonunda Türkiyə ilk qazı alacaq". Bu haqda nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan əldə olunan qazda paylarının artırılması üzrə müəyyən tələblərlə çıxış edib. "Bu məsələ hazırda birgə müzakirə mərhələsindədir. Türkiyə Azərbaycan qazını idxal etməyə hazırdır"- deyə Gülər məlumat verib.

Xəbər lenti

Xəbər lenti