...

Ümumdünya iqtisadiyyat forumunda Azərbaycanı birinci vitse-spiker təmsil edəcək

Siyasət Materials 22 Noyabr 2006 15:21 (UTC +04:00)
Ümumdünya iqtisadiyyat forumunda Azərbaycanı birinci vitse-spiker təmsil edəcək

Azərbaycan höküməti noyabrın 23-də Türkiyədə keçiriləcək Ümumdünya iqtisadiyyat forumunda təmsil olunacaq. Azərbaycanın Nazirlər Kabinetindən Trend ə verilən xəbərə görə, forumda höküməti baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Forumda iştirak çərçivəsində Azərbaycan nümayəndə heyətinin başçısı Türkiyənin rəsmi şəxsləri və forumun iştirakçı-ölkələri ilə bir sıra görüşlər keçirəcək.

Tərəflər ölkələr arasında ikitərəfli tərəfdaşlıq münasibətləri, eləcə də enerji əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti