...

Azərbaycanlı alim Aidə İmanquliyevanın monoqrafiyası ərəb dilinə tərcümə olunub və böyük tirajla buraxılıb

Siyasət Materials 23 Noyabr 2006 18:05 (UTC +04:00)
Azərbaycanlı alim Aidə İmanquliyevanın monoqrafiyası ərəb dilinə tərcümə olunub və böyük tirajla buraxılıb

Azərbaycanın tanınmış şərqşünas - alimi Aidə İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyası ərəb dilinə tərcümə olunub və böyük tirajla çap edilib. Trend xəbər verir ki, noyabrın 23-də Heydər Əliyev Fonunda azərbaycanlı alimin bu yaxınlarda işıq üzü görmüş kitabının təqdimatı olub.

Kitab İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatının (ISESCO) yardımı, təşkilatın baş direktoru doktor Əbdüləziz bin Osman əl Tuveycrinin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ISESCO-nun Xoş Məramlı Səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə tərcümə və nəşr olunub. Şərqşünas -alimin işinin tərcüməsi və nəşri haqqında ideya ilk dəfə 2005-ci ilin may ayında ISESCO başçısının Bakıya səfəri zamanı səslənib.

Azərbaycanlı alimin elmi-tədqiqat işləri elmi dairələrdə tanınmış şərqşünas -alim Əbdüləziz bin Osman əl Tuveycrini valeh edib və o, şərqşünas-alimləri müəllifin ərəb ədəbiyyatına özünəməxsus tədqiqatçı yanaşması ilə geniş şəkildə tanış etmək üçün dərhal A.İmanquliyevanın bu elmi tədqiqatlarının ərəb dilinə tərcümə olunmasına yardım etmək haqqında qərar qəbul edib.

Təşkilatın baş direktorunun fikrincə, kitab müasir ərəb elmi ədəbiyyatında mühüm yer tutacaq və Azərbaycan və ərəb dünyası arasında körpü yaradacaq.

Təqdimatda çıxış edən Bakı Dövlət Universitetinin professoru Vasim Məmmədəliyev Aidə İmanquliyevanın ərəb ədəbiyyatının müxtəlif istiqamətlərinin tədqiqatında xidmətlərini yüksək qiymətləndirib. Professorun sözlərinə görə, o, bütün Sovet İttifaqında böyük şərqşünas-alim olub.

Azərbaycanın görkəmli aliminin xarakterinin yüksək insani keyfiyyətləri haqqında A.İmanquliyevanın qızı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva danışıb. O, ISESCO başçısına Azərbaycan aliminin kitabının işıq üzü görməsində göstərdiyi köməyə görə öz minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti