...

Elariz Məmmədoğlu: Aldığım mahnıları ifa etməkdə davam edəcəyəm, çünki onlara pul qoyulub, mən onların sahibiyəm

Siyasət Materials 28 Noyabr 2006 12:42 (UTC +04:00)
Elariz Məmmədoğlu: Aldığım mahnıları ifa etməkdə davam edəcəyəm, çünki onlara pul qoyulub, mən onların sahibiyəm

- Hazırda nə işlə məşğulsunuz?

- İndi mən yeni mahnıların səsyazması üzərində işləyir, şou-proqramlarda iştirak edir, toylarda çıxış edirəm. Bir sözlə, özümçün yaşayıram.

- Hansı səbəbdən Siz peşəkar klipmeyker-rejissorlarla işləmirsiniz? Maliyyə çatışmazlığı üzündən ya...?

- Məsələ pul da deyil. Rejissorların hər biri ilə, xüsusən də, Aqil M Quliyevlə çox yaxşı münasibətlərim var. Amma klip çəkmək üçün onlara zəng etmək, xahiş etmək və nəticəni minimum 8-10 ay gözləmək lazımdır. Mən isə qəti adamam, bütün bunlara vaxtım yoxdur. Mənə klipin bir ay ərzində çəkilməsi variantı əl verə bilər...

- "Maşın" realiti-şousunda iştirakınızdan sonra nə dəyişdi?

- Bu şoudan sonra pərəstişkarlarım məni daha çox sevdilər. Hətta kurs yoldaşlarım da reaksiya verdilər: "Biz tələbəlik illərində tanıdığımız əsl Elarizi gördük! Əsl kişini-mərd, güclü!"

- İndiyəcən Faiq Ağayevlə qalmaqalınızdan danışırlar. İndi münasibətləriniz necədir?

- Faiq Ağayevlə mənim aramda heç bir qalmaqal yaşanmayıb. Bu mövzuda söz-söhbətlər isə yalnız iki məşhur adam barəsində şayiədən başqa bir şey deyil. Bu da normaldır.

- Hazırda Azərbaycanın toy bazarında ən bahalı ifaçı kimdir?

- Deyə bilmərəm, ifaçılardan ən bahalısı kimdir, amma konkret onu deyə bilərəm ki, toyların ən yaxşı aparıcısı mənəm- Elariz Məmmədoğlu.

- Sizin toylarda çıxışınız neçəyə başa gəlir?

- Bu mənim kommersiya sirrimdir.

- Son vaxtlar şou-biznesin ən dəbdə olan sualı kateqoriya ilə bağlıdır. Siz özünüzü hansı kateqoriyaya aid edirsiniz?

- Mən ümumiyyətlə, kateqoriyanın əleyhinəyəm. Mənim fikrimcə, müğənnilər arasında A, B, V və s. kateqoriyalar olmamalıdır. Amma əgər belə kateqoriyalar mövcud olsa, mən özümü A kateqoriyasından da üstününə aid edirəm.

- Elçin İmanovla aranız niyə dəyib?

- Məni onun şouda haqqımda dedikləri özümdən çıxardı. Əslində, bizim münasibətlərimiz çox yaxşı idi, hətta o, şouya da mənim məsləhətimlə gəldi. Amma həmin gün mənə məlum olmayan səbəblər üzündən E.İmanov öz mövqeyini dəyişərək, Abşeron əhlini mənim əleyhimə səs verməyə çağırdı. Nəticədə, cəmaat mənim lehimə səs verdi, Elçin isə pis vəziyyətdə qaldı.

- Bəs birdən Elçin müəllim onun mahnılarını ifa etməyinizə qadağa qoydu?

- Belə qadağa qoyulmayıb və əgər qoyularsa, bu, tamamilə qeyri-qanuni olacaq. Mən aldığım mahnıları ifa etməkdə davam edəcəyəm, çünki onlara pul qoyulub, kliplər çəkilib. Bu mahnılarn müəllifi Elçin müəllim olsa da, sahibi mənəm.

- Saytımızın istifadəçilərinə arzularınız...

- Bu saytın istifadəçilərinin hamısına demək istəyirəm ki, girin, baxın, oxuyun, hadisələri izləyin və siz ən maraqlı, ən isti xəbərlərdən yalnız buradan agah ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti