...

BMT-nin yeni baş katibi Azərbaycanın təşkilata üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsində aktiv iştirak edəcəyinə ümid edir

Siyasət Materials 29 Noyabr 2006 13:03 (UTC +04:00)

BMT-nin yeni seçilən baş katibi Van Ki-mun Azərbaycanın təşkilata üzv dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində aktiv iştirak edəcəyinə ümid edir. Trend -ə XİN-nin mətbuat mərkəzindən məlumat veriblər ki, o, bu haqda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunda yazıb.

BMT-nin baş katibi öz məktubunda Azərbaycan rəhbərliyinə onu bu vəzifəyə seçilməsində dəstəklədiyinə görə öz minnətdarlığını bildirib. Van Ki-mun Azərbaycan XİN-nin rəhbərliyini təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın inkişafı üçün bu vəzifədə səylər göstərəcəyinə əmin edib.

Koreyanın keçmiş xarici işlər və ticarət naziri öz məktubunda həm də Azərbaycan və Koreya arasında əməkdaşlığın hazırki səviyyəsindən razı olduğunu bildirib və bunun gələcək inkişafına ümid edir.

Xəbər lenti

Xəbər lenti