...

Azərbaycan prezidenti görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 5 Dekabr 2006 20:17 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Trend xəbər verir ki, sərəncamda 2007-ci ilin yanvar ayının 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 110 illiyinin tamam olduğu bildirilir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinə Əziz Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti