...

Catel Azərbaycanda ən geniş inkişaf etmiş CDMA şəbəkəsinə malikdir - şirkətin rəhbəri

Siyasət Materials 7 Dekabr 2006 11:32 (UTC +04:00)
Catel Azərbaycanda ən geniş inkişaf etmiş CDMA şəbəkəsinə malikdir - şirkətin rəhbəri

Trend in CATEL birgə müəssisənin baş direktoru Sadıq Hümbətovla eksklüziv müsahibəsi

- 2006-cı il yekunlaşmaq üzrədir. Bir şirkət rəhbəri kimi illik fəaliyyətinizi necə qiymətləndirirsiniz? Uğurlarınız və planlarınız realizəsi sizi qane edibmi?

- Bu il Azərbaycan informasiya-kommunikasiya texnologiyaları və telekommunikasiya bazarında ciddi dəyişikliklər baş verib. Ötən ilə nəzər salanda biz məmnuniyyətlə qeyd etmək istəyirik ki, bu gün bizim ölkədə ən inkişaf etmiş regional şəbəkələrindən biri olan, CDMA şəbəkəmiz var. Bizim CDMA şəbəkəmiz hazırda Sumqayıtı, Gəncəni, Nabranı, Şəmkiri, Mingəçeviri və Əli Bayramlını əhatə edir. Biz daim şəbəkənin genişləndirməsi üzrə işlər aparırıq. Bu il regional səviyyədə bir sıra baza stansiyalarını quraşdırıb istifadəyə vermişik. Yaxın zamanda CATEL şəbəkəsi ilə ölkənin Şimal və Cənub bölgələri əhatə ediləcək və yaxın bir ildə biz öz CDMA şəbəkəmizlə Azərbaycanın 70-80 % ərazisini əhatə edəcəyik.
Bu il yeni "ALLO" Pre-Paid paketlərini tətbiq etdik. CATEL BM Pre-Paid paketləri vasitəsi ilə yeni "40" zona kodu və "418" indeksi ilə mobil CDMA xidmətlərini göstəririk. BM ISO 9001 beynəlxalq keyfiyyət standartlarına uyğunluğu üzrə sertifikatlaşmanı uğurla keçdi, bu da bizim müəssisənin təqdim etdiyi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək. Bizim bu ilki fəaliyyətimizin əsas istiqamətlərindən biri regional şəbəkənin genişləndirməsi idi, bu məqsədə də əsasən nail olmuşuq. Bununla belə, yeni texnologiyalar və xidmətlər artıq Bakı və şəhər ətrafında o qədər də toplanılmır, bu da biznesin inkişafında yeni səviyyələrə çıxmağa imkan verir, o cümlədən regionlarda. Hazırda regionlarda texnologiyaların inkişafı səviyyəsi, paytaxtla müqayisədə çox aşağıdır. Bizim məqsədimiz bu uçurumu maksimal dərəcədə azaltmaqdır. Qeyd etdiyim kimi, 2006-cı il ümumiyyətlə telekommunikasiya bazarı və bizim şirkət üçün çox məhsuldar oldu.

- 2006-cı ildə şirkətinizin rabitə sahəsinə yönəltdiyi investisiyalarının həcmi nə qədər təşkil edib və bu rəqəm 2007-ci ildə hansı həcmdə olacaq? İnvestisiyaların yönəldildiyi prioritet istiqamətlər hansılardır?

- Artıq demək olar ki, tamamilə təmin edilən bir sıra Avropa ölkələrinin telekommunikasiya bazarlarından fərqli olaraq, Azərbaycanda böyük artım potensialı mövcuddur.
Telekommunikasiya xidmətlərinin qabaqcıl inkişafı, biznes infrastrukturunun yaradılması, ölkəyə investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin formalaşması, müasir texnologiyaların inkişafı üçün zəruri şərtdir.
1996-cı ildən ölkədə mobil rabitə xidmətlərinin göstərilməsi üçün bir dənə də olsun lisenziya verilməmişdir. Yalnız 2005-ci ilin sonunda iki operatora lisenziyalar verilmişdir, onlardan biridə CATEL-dir. Lisenziyaların verilməsi bazarın bu seqmentinin inkişafı istiqamətinə yeni investisiya axınına səbəb oldu. CATEL BM Azərbaycan iqtisadiyyatının telekommunikasiya sektorunun böyük investorlarından biridir. Şirkətin şəbəkə inkişafına yönəldilmiş investisiyalarının ümumi həcmi 2006-cı ilin yekunlarına görə 100 mln. dollara yaxın olacaq, onun da 25 mln. dolları şəbəkənin genişləndirməsinə yönəldilib. CATEL-in investisiya siyasəti 2007-ci ildə də qüvvədə qalacaq.

- Şirkət 2007-ci il üçün fəaliyyətinin prioritetlərini müəyyənləşdiribmi? Abunəçilərə hansı yeniliklər təqdim ediləcək?

- Gələn il CATEL-in yubiley ilidir - biz on illik yubileyimizi qeyd edəcəyik. Əminəm ki, üzümüzə gələn il daha da təsirli nailiyyətlər ilə yadda qalacaq. Qeyd etdiyim kimi, biz yaxın bir ildə CDMA şəbəkəsinin genişləndirməsini davam edəcəyik. Bununla yanaşı kommutasiyaların inkişafı, əlavə xidmətlərin tətbiqi üzrə və s. planlarımız var.
CDMA şəbəkəsinin abunələri üçün nəzərdə tutulmuş, SMS, mobil və multimediya portallarının və s. vasitələrin yaradılmasına investisiya qoyuluşu gözlənilir. CDMA şəbəkəsi bu xidmətlərin göstərilməsini nəzərdə tutur, çünki məlumatların ötürülməsi güclü radiovericilər tələb etmir. Bunlarla yanaşı, CATEL BM-si Rusiya ilə şimal sərhəddən İranla cənub sərhədə kimi transmissiya radiorele şəbəkəsinin tikintisini başa çatdırmasını planlaşdırır.
CATEL həmçinin abunə sayı artan regionlarda diller şəbəkəsinin optimallaşması ilə də məşğul olacaq. 2007-ci ildə biz şəbəkənin optimallaşması, onun istismarında əsas proseslərin və abunələrə xidmətin yaxşılaşdırılması üzrə layihələrə xüsusi diqqət yetirmək niyyətindəyik.

- Bu gün CATEL abunəçilərinin sayı nə qədərdir?

- Hazırda BM-nin abunə bazası 22 minə yaxın istifadəçidən ibarətdir, onun da 8 mini CDMA şəbəkəsinin abunələridir. Tezliklə BM-sə ümumiyyətlə abunə sayını, və o cümlədən CDMA abunələrinin sayını daha da artırmaq məqsədi ilə marketinq fəaliyyətini fəallaşdırmaq niyyətindədir.
Bununla bağlı, bu il CATEL Birgə Müəssisəsinin geniş spektr xidmətlərinin eksklüziv provayderi olan Unicell şirkəti ilə kontrakt bağlamışdır. Unicell şirkəti ilə birgə, abunələrə tam kompleks şəkildə xidmətlər göstərən, onları sürətli və effektiv servislə təmin edən, abunələrin operatora olan etibarını möhkəmləndirən servis mərkəzi yaradılıb.
Unicell-də qəbul edilmiş keyfiyyətin yüksək standartları, CATEL BM-nin ən tələbkar abunələrinin tələbatını təmin edir, bu da tədricən mobil CDMA xidmətlərinin istifadəçilərinin sayını artmasına təsir göstərir.

- Naxçıvan Muxtar Respublikasında şirkətinizin şəbəkə qurub xidmət göstərmək planları nə yerdədir. Bu istiqamətdə hər hansı irəliləyiş varmı?

- Əlbəttə ki, Naxçıvan Muxtar Respublikasında şəbəkənin yaradılması bizim planlarımıza daxildir. Hal-hazırda biz bu regionda CDMA şəbəkəmizin yaradılması imkanlarını qiymətləndiririk. Ola bilsin ki, üzümüzə gələn ilin sonunda bu istiqamətdə işə başlayaq.
Gəlirliliyin aşağı səviyyəsinə baxmayaraq, biz çalışırıq maksimal dərəcədə regionlarda öz iştirakımızı inkişaf etdirək, xüsusən də mühüm sənaye mərkəzlərində, əsasən ona görə ki, simsiz rabitə, stasionar rabitə yaratmaq üçün kabel çəkilişinin iqtisadi tərəfdən sərfəli olmayan yaşayış məntəqələri telefonlaşdırmağa imkan verir.

- CATEL-in tariflərdə dəyişikliklər etmək kimi planları varmı?

- CATEL BM-nin CDMA standartlı mobil rabitə xidmətlərinin tarifləri, mobil rabitə xidmətlərinin mövcud tariflərindən 30% aşağıdır.
Digər xidmət tarifləri isə imkan dairəsində endirilir və biz gələcəkdə də bu istiqamətdə işləri davam etmək niyyətindəyik. Ola bilsin ki, Yeni il qabağı biz ənənəvi olaraq bəzi xidmətlərimiz üzrə endirim kampaniyası keçirək.

- Bu gün CATEL-in gündəmində yerli IT bazarında yeni xidmətlər göstərməklə bağlı planlar varmı?

- Biz hazırda bir neçə böyük layihə üzərində çalışırıq, bunların arasında 2,4 Mbit/s-dək ötürmə qabiliyyətinə malik olan, simsiz məlumat nəqlini istifadə etmək imkanını verən, yeni nəsil mobil rabitə texnologiyası olan EI-DO-nu (Evolution Data Optimized) qeyd etmək olar. Bu CDMA standartlı şəbəkədə istifadə üçün xüsusi ilə işlənib hazırlanmış mükəmməl üçüncü nəsil (3G) texnologiyasıdır.
EI-DO-nun sürəti GPRS-in sürətindən təxmini 30 dəfə, EDGE-nin sürətindən 10 dəfə yüksəkdir.
Bununla yanaşı müəssisəmiz tərəfindən kabel televiziyası texnologiyasının tətbiqi layihəsinin hazırlanması üzərində işlər aparılır. Bu texnologiya müştərilərə fiber-optik kabellər vasitəsilə eyni zamanda bir neçə xidmətin, o cümlədən kabel televiziyası, ADSL, telefon rabitəsi və s. göstərilməsini nəzərdə tutur.
Qeyd edək ki, kabel televiziyası dedikdə təkcə müəyyən edilmiş qədər televiziya kanalına baxma imkanı nəzərdə tutulmur. Bu həmdə peyk televiziyası xidmətlərini, pulu kanalların baxılmasını, lazım olan kanalların seçimini, video-konfransların, video-nəzarətin və digər imkanlarından faydalanmağa imkan verir.

- Şirkətiniz CDMA EI-DO texnologiyasının tətbiqinə başlayıbmı? (nə vaxt) Əgər başlayıbsa, bu xidmətə maraq necədir? İndiyə kimi istifadəçilərin sayı nə qədər təşkil edir?

- Hazırda biz abunələrə yüksək sürətli məlumat ötürmə üzrə bir sıra yeni xidmətlərin təqdim edilməsinə imkan verən bu texnologiyanın tətbiqi istiqamətində işlər aparırıq. Bu gün CDMA 2000 standartlı şəbəkələri inkişaf edən dünyanın bir çox ölkəsində EI-DO texnologiyası populyarlıq qazanıb. Bu texnologiya internetə, DSL-ilə müqayisə edilən və kommutə edilən qoşulma sürətini də ötən, sürətlə daim qoşulma imkanını təmin edir. EI-DO iş adamları üçün əla həlldir. Şəbəkənin ötürmə qabiliyyəti nəinki həmişə "xəttə olmağa" və elektron poçta, İnternet-messenjerlərə daimi daxil olmağa, həmdə operatorun şəbəkəsinin işlədiyi hər bir yerdə mükəmməl videokonfrans keçirməyə imkan verir. Bazarın ilkin monitorinqinin nəticələri, bu texnologiyanın əsasında təqdim edilən xidmətlərə marağın olmasını göstərir.

Xəbər lenti

Xəbər lenti