...

Səfir: Türkiyənin "Şahdəniz" yatağındakı 300 mln. m3 payı üç ölkə arasında bölüşdürüləcək

Siyasət Materials 8 Dekabr 2006 16:58 (UTC +04:00)
Səfir: Türkiyənin "Şahdəniz" yatağındakı 300 mln. m3 payı üç ölkə arasında bölüşdürüləcək

Gürcüstan, Azərbaycan və Türkiyə ekspertləri dekabrın 14-17-də Bakıda "Şahdəniz" yatağındakı üç ölkə üçün qazın bölüşdürülməsi üzrə məsələləri qəti olaraq müzakirə edəcəklər.

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin Trend ə eksklüziv olaraq verdiyi xəbərə görə, Tbilisidə keçirilən bugünkü danışıqların yekunları üzrə nazirlər qərara gəliblər ki, "Şahdəniz" yatağından Türkiyəyə ilin sonunadək düşən 300 mln. m3 qaz norması üç ölkə arasında bölüşdürüləcək.

"Son olaraq bu məsələ ekspertlərin Bakıdakı görüşündə həll olunacaq", - deyə səfir bildirib.

1 yanvar 2007-ci ildən "Qazprom" Gürcüstan üçün qazın 1 min kubmetrinin dəyərini 110 ABŞ dollarından 230 ABŞ dollarına qədər artırır. Alternativ qaz mənbələrinin axtarışında Gürcüstan İran, Azərbaycan və Türkiyə ilə danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti