...

"Teatr və teatr fəaliyyəti haqqında" qanun ikinci oxunuşda qəbul olunub

Siyasət Materials 8 Dekabr 2006 19:22 (UTC +04:00)

Dekabrın 8-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda digər məsələlərlə yanaşı "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsi müzakirə olunub. Qanun layihəsi haqda Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, deputat Nizami Cəfərov məlumat verib. O bildirib ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda teatrlar böhranla üzləşiblər.

Onun sözlərinə görə, yeni qanun teatrların fəaliyyətini müasir dövrün tələblərinə uyğun şəkildə qurmağı nəzərdə tutur.

Sonra mədəniyyət və turizim naziri Əbülfəz Qarayev qanun layihəsi barədə çıxış edib. Deputatların da fikirləri dinlənildikdən sonra "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra "Azərbaycan Respublikası ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında" əsasnamə ikinci oxunuşda qəbul olundu. Bundan sonra dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında məsələ və "Daxili audit haqqında" qanun müzakirə olundu.

Xəbər lenti

Xəbər lenti