...

Fövqəladə Hallar Nazirliyi: "Tərəqqi" MTK-də faciə baş verməsi şirkətin FHN-nin xəbərdarlıqlarına məhəl qoymamasından irəli gəlir

Siyasət Materials 9 Dekabr 2006 14:00 (UTC +04:00)

Dekabrın 8-də "Tərəqqi" MTK-nın apardığı tikinti zamanı faciə baş verməsi şirkətin FHN-nin xəbərdarlıqlarına məhəl qoymamasından irəli gəlir. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin tərkibində olan Ekspertiza Baş İdarəsinin rəisi İbrahim Quliyev məlumat verib.

İ.Quliyevin sözlərinə görə, FHN 31 iyul 2006-cı il tarixdə şirkətə xəbərdarlıq məktubu ünvanlayıb. Məktubda qeyd olunub ki, şirkətin Nəsimi rayonu M.İbrahimbəyov və A.Qurbanov küçələrinin kəsişdiyi ərazidə qazıntı işləri dayandırılmalı və ərazidəki yaşayış evləri boşaldılmalı, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamındakı müddəaya uyğun olaraq şirkətin maliyyə hesabına həyata keçirilməli, Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin müvafiq qərarı olmadan tikintiyə başlanılmamalıdır. Lakin şirkət bu xəbərdarlığa əməl etməyib.

Qeyd edək ki, dekabrın 8-də saat 14 radələrində Nəsimi rayonu M.İbrahimbəyov və A.Qurbanov küçələrinin kəsişdiyi yerdə "Tərəqqi" MTK tərəfindən aparılan tikinti işləri zamanı 140 tondan artıq çəkisi olan qazma svayvurma aqreqatı tarazlığı saxlaya bilmədiyi üçün yaxınlıqdakı 1 mərtəbəli yaşayış evinin üstünə aşıb. Nəticədə evin sakinləri 42 yaşlı Ələkbərova Mehriban və 21 yaşlı Ələkbərova Könül dünyasını dəyişib, 1 yaşlı Ələkbərov Elxan isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İbrahim Quliyev: "Nazir tərəfindən bizə ciddi tapşırıqlar verilib. Dekabrın 8-də Sumqayıtda növbəti belə bir qeyri-qanuni tikinti aşkar etmişik. Artıq binanın 7-ci mərtəbəsinin tikilməsinə baxmayaraq əməkdaşlarımız həmin tikintidə olub və biz rəsmi surətdə tikintinin dayandırılmasını tələb etmşiik".

Xəbər lenti

Xəbər lenti