...

Ağdamda yeni tədris binası tikilir

Siyasət Materials 11 Dekabr 2006 11:30 (UTC +04:00)

Ağdam rayonunun Ayağ Qərvənd və Eyvazlı kəndlərində Təhsil Nazirliyi tərəfindən yeni məktəb binası tikilir. Ağdam rayon təhsil şöbəsinin müdiri Elmira Şükorovanın Trend in regional müxbirinə verdiyi məlumata görə, hər iki məktəb binasının tikintisinə bu ilin oktyabr ayından başlanılıb və tikintinin başa çatmasında son tamamlama işləri aparılır. Məktəblər 1 aydan sonra şagirdlərin istifadəsinə veriləçək. Ayağ Qərvənddə tikilən məktəb 190 yerlik, Eyvazlıda tikilən isə 150 yerlik tədris binasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti